Səhiyyə Nazirliyi səhiyyə işcilərinə dövlət qulluqçusu statusunun verilməsi ilə bağlı sənəd hazırlayır. Bu barədə Modern.az saytına nazirliyin mətbuat xidmətindən məlumat verilib. yaxın Nazirlikdən bildirilib ki, sənədin hazırlanması tezliklə yekunlaşacaq.
“Yaxın günlərdə sənəd Nazirlər Kabinetinə təqdim ediləcək”-deyə nazirlik rəsmisi Modern.az-a məlumat verib.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov bu gün bildirib ki, Azərbaycanda həkimlər və müəllimlər dövlət qulluğunun xüsusi növünə aid ediləcək.
Təhsil Nazirliyi müəllimlərə dövlət qulluqçusu statusunun verilməsi ilə bağlı konsepsiyanı artıq Nazirlər Kabinetinə təqdim edib.
Sədaqət Süleymanova