Modern.az

İsa Qəmbər rus demokratlarından dəstək istədi

İsa Qəmbər rus demokratlarından dəstək istədi

Ölkə

27 İyul 2011, 17:05

Müsavat başqanı İsa Qəmbər Rusiyanın “Exo Moskvı” radiosuna verdiyi müsahibədə rus demokratlarını azərbaycanlı müxalifətçiləri dəstəkləməyə çağırıb. Modern.az  radionun rəsmi saytına istinadən bildirir ki, Müsavat başqanı Rusiyanın demokratik qüvvələri ilə əlaqələrin zəif olduğunu etiraf edib.
“Biz Nemtsovun lider olduğu “Soyuz pravıx sil” partiyası, eks-baş nazir Kasyanovun rəhbəri olduğu təşkilatla müəyyən əlaqələr saxlayırıq. Etiraf edim ki, bu əlaqələr çox da yüksək səviyyədə deyil. Ola bilsin burada bizim də günahımız var. Bu istiqamətdə yəqin ki, ciddi şəkildə işləmirik. Amma rus demokratları da postsovet məkanına çox az diqqət yetirirlər. Mənə elə gəlir ki, hansısa formada əlaqə yaratmaq, bir-birimizə dəstək verməyimiz lazımdır”-deyə İ.Qəmbər bildirib. 

Dağlıq Qarabağ məsələsi ilə bağlı danışan Müsavat başqanı bildirib ki, bu məsələdə ölkənin bütün siyasi qüvvələri eyni mövqeydən çıxış edir. 
“Bu mənada demək olar ki, İlham Əliyev bizim mövqeyimizi dəstəkləyir, yaxud biz onun mövqeyini dəstəkləyirik. Qarabağ Azərbaycan ərazisidir və bu bizim üçün birmənalıdır”.

Müsavat başqanı bununla yanaşı bildirib ki, iqtidarın bu problemin həlli ilə bağlı apardığı kursla bağlı ciddi sualları var.  “Bizim hakimiyyətin problemə hər hansı konseptual baxışı yoxdur. Onlar yalnız beynəlxalq səyləri izləyir və danışıqlar prosesində iştirak etmək imitasiyası yaradırlar”.

Ermənistanın mövqeyinə toxunan İ.Qəmbər bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Erməni Ümumilli Hərəkatı Sərkisyanın hakimiyyətindən daha konstruktiv mövqe tutur. “Müsavat bu hərəkatla birgə Avropa liberal ittifaqının üzvüdür. Bu tədbirlər çərçivəsində təmaslarımız olub.  Hansısa uğur əldə etmək çətnidir, amma bizim məsələyə ümumi yanaşmamız var: münaqişənin həlli üçün hər iki ölkədə demokratik dəyişikliklərə nail olmaq lazımdır”.

Rusiyanın mövqeyinə toxunan Müsavat başqanı qeyd edib ki, Moskvanın bu münqişənin həll etmək istəməsi barədə deyilənlərə inanmır. “Rusiya hazırkı mərhələdə münaqişənin həllinə yox, onun idarə edilməsində maraqlıdır”-deyə İ.Qəmbər vurğulayıb.   


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı