Modern.az

Daxili İşlər Nazirliyinin idarə rəisinin oğlu yol qəzasında ölüb

Daxili İşlər Nazirliyinin idarə rəisinin oğlu yol qəzasında ölüb

Ölkə

4 İyun 2010, 12:12

Bakının Xəzər rayonunda ağır yol qəzası baş verib. Bu barədə APA-ya Xəzər rayon Polis İdarəsindən məlumat verilib.

Hadisə bu gün səhər saatlarında Mərdəkan dairəsi yaxınlığında , Bilgəh-Zağulba yolunun 2-ci kilometrliyində qeydə alınıb. Bakı şəhər sakini Fəxri Emin oğlu Şəkinski idarə etdiyi “Mercedes – S klas” markalı avtomobili yol kənarındakı dirəyə çırpıb. Qəza nəticəsində sürücü aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Maşında olan daha bir sərnişin isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Polis İdarəsində qəzanın baş vermə səbəbləri barədə əlavə məlumat verilməyib.

Yol qəzasında dünyasını dəyişən şəxs Azərbaycanın Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin rəisi, polis general-mayoru Emin Şəkinskinin oğludur.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı