Müsavat Partiyası özünün beynəlxalq əlaqələrində MDB-də olan siyasi qüvvələrlə əməkdaşlıq xəttinə də üstünlük verir. Partiyanın başqan müavini Mehman Cavadoğlu Modern.az-a açıqlamasında bildirib ki, Müsavatın keçmiş SSRİ məkanında “rus demokratik cəbhəsi” nin liderləri olan Boris Nemtsov və İrina Xakamada ilə əlaqələri var. Bundan başqa, partiya Belorus müxalifəti ilə də əməkdaşlıq edir. Belorus müxalifətinin lideri Milinkeviçlə İsa Qəmbərin yaxşı münasibətləri var. Müsavat Ukraynaın keçmiş prezidenti Yuşşenkonun rəhbəri olduğu “Naşa Ukrayna” partiyası ilə də isti münasibətlər saxlayır.
M.Cavadoğlu qeyd edib ki, MDB ölkələrində olan müxalifət partiyaları ilə əlaqələri intensiv deyil. “Rusiya demokratları Müsavatla əməkdaşlıq mesjları göndəriblər. Lakin təmaslarımız o qədər də intensiv deyil. Yalnız beynəlxalq tədbirlərdə olan zaman nümayəndələrimiz müzakirə apara bilirlər”.
Yuşşenko prezident vəzifəsindən getdikdən sonra onun İsa Qəmbərlə hər hansı bir görüşü olmayıb. M.Cavadoğlunun sözlərinə görə, buna baxmayaraq Müsavatın Ukraynada olan nümayəndələri ilə “Naşa Ukrayna” partiyasının yaxşı münasibətləri var və lazımi əməkdaşlıq imkanları mövcuddur.
Modern.az