Azərbaycanın cənubunda - Lerik rayonunda zəlzələ baş verib. Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumata görə, fevralın 27-də saat 10:30-da Lerikdən 19 km şərqdə zəlzələ qeydə alınıb.
Zəlzələnin dərinliyi 22 km, manitudası 3,3 olub.
Yeraltı təkanlar yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub. Tikililərdə dağıntı yoxdur.
Modern.az