Modern.az saytı xəbər verir ki, Böyük Britaniyanın mədəniyyət, KİV və idman naziri postuna müsəlman Səcid Cavid təyin edilib.
S əcid Cavid bu postda aprelin 9-da maliyyə qalmaqalına görə istefaya getmiş Mariya Milleri əvəzləyib. Mariya Millerin dövlət büdcəsindən əsaslandırılmamış şəkildə vəsait xərclədiyi iddia olunur. O, dövlət büdcəsinə 5 min 800 funt ödəməlidir.B ristolda pakistanlı ailədə doğulan Səcid Cavid uzun müddət bank sektorunda işləyib. O, 2010-cu ildə parlamentin deputatı seçilib.
Səcid Cavid 2013-cü ilin oktyabrından Böyük Britaniya Maliyyə Nazirliyinin maliyyə katibi postunu tuturdu.
Modern.az