Fransa prezidenti Fransua Olland bu axşam Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə Serj Sərkisyanı qəbul edəcək və bu vaxt Avropa uzun illərdi.r davam edən Dağlıq Qarabağ münaqişəsinə son qoymaq üçün yeni cəhd edəcək.
Modern.az xəbər verir ki, France Press agentliyinin prezidentlərinin Paris görüşünə həsr olunan yazısında qeyd edilib. Məqalədə qeyd edilir ki, Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer son aylar Ukraynadakı zorakılığın ciddi müstəviyə keçməsindən sonra ötən həftə Azərbaycan və Ermənistana səfər edib.
“Bir çox ekspertlər 20 il qan tökülməsindən sonra irəliləyiş gözləyir, bu səbəbdən prezidentləri bir yerə yığırlar ki, onları bir yerdə işləməyə çağırsınlar, danışıqlar masası arxasına otursunlar və gərginlik azalsın”, - agentlik Parisdəki diplomatik mənbəyə istinadən yazır. Ollanda yaxın mənbə isə bəyan edib ki, Ukraynada baş verənlər bu münaqişəyə birbaşa müdaxiləyə əsas verib: “Rusiyanın Krımı ilhaq etməsi də situasiyanı gərginləşdirib”.
Fransalı diplomat etiraf edib ki, Ermənistanla Azərbaycan arasında dialoqa təsir etməklə bağlı Ollandın səylərinin nəticə verməsi o qədər də asan başa gəlməyəcək: “Konkret tərəqqi baş verərsə, tamamilə təəccüblü olardı. Ancaq Olland buna nail olmaqüçün iradə nümayiş etdirəcək”.Modern.az