Modern.az

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

Təhsil

11 Dekabr 2014, 10:09


İran İslam Respublikası istiqamətindən Azərbaycana qaçaqmalçılıq yolu ilə külli miqdarda - ümumi çəkisi 11 kq narkotik vasitənin keçirilməsinin qarşısı alınıb. Bu barədə Modern.az saytına

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.  

Məlumata görə dekabrın 6-da DSX tərəfindən Bakı-Astara yolunun Biləsuvar-Cəlilabad hissəsində həyata keçirilmiş qabaqlayıcı əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran rayon sakinləri 1970-ci il təvəllüdlü Hüseynov Fuad İsmayıl oğlu və 1978-ci il təvəllüdlü Bağırov İlqar Qurban oğlu narkotik vasitə olan 10 kq tiryək və 1 kq heroinlə saxlanılıblar. 

Hazırda fakt üzrə əməliyyat-axtarış tədbirləri davam etdirilir.  

Modern.az  

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı