Modern.az

Rusiyada borcluların evlənməsi qadağan oluna bilər

Rusiyada borcluların evlənməsi qadağan oluna bilər

Образование

2 Mart 2015, 21:35


Qərb praktikasına əsaslanaraq Rusiyada cərimə və vergini ödəməyənə qədər evlənmək qadağası tətbiq oluna bilər. Modern.az Rusiya KİV-nə istinadən bildirir ki, bu haqda Məhkəmə icraçıları federal xidmətinin direktoru Artur Parfençikov məlumat verib:

“Niyə də yox? Əgər vətəndaş cəmiyyətdə, dövlətdə öhdəsinə düşən vəzifəsinə əməl etmirsə, tez evlənmək arzusu bir-iki gün təxirə salına bilər”.

Onun sözlərinə görə, hər bir Rusiya vətəndaşı adıçəkilən xidmətin saytından dövlət qarşısında borcu olub-olmadığını yoxlaya, eləcə də borcu varsa onu elektron pul köçürmənin köməyi ilə ödəyə bilər.  

Modern.az  

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı