
Ukraynada müəmmalı məmur ölümləri davam edir.
Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu dəfə Zaporojye vilayətinin keçmiş qubernatoru Aleksey Pekluşenko ölü tapılıb. Boynundan güllə yarası alan qubernatorun cəsədi Solneçnıy qəsəbəsində yaşadığı evində aşkar olunub. Hadisənin intihar, yoxsa qətl olduğu araşdırılır.
Bundan əvvəl, Ukraynada Melitopol şəhərinin meri və Ali Radanın depuatı da intihar edibModern.az