Modern.az

Türkiyə apreldən hibrid təhsilə keçə bilər

Türkiyə apreldən hibrid təhsilə keçə bilər

Təhsil

17 Fevral 2023, 16:10

Türkiyədə fevralın 20-dən etibarən distant təhsil əsasında yaz semestri başlayacaq.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin Ali Təhsil Şurasının sədri Erol Özvar məlumat verib.

 

O qeyd edib ki, ənənəvi təhsil daxil olmaqla, hibrid təhsilin keçirilib-keçirilməyəcəyi aprelin əvvəlindən etibarən qiymətləndiriləcək.

 

Özvar bildirib ki, tələbələr tətbiqi proqramlarda üz-üzə təhsil alacaqlar.

 

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Zəlzələ ciddi dağıntılara səbəb olub. Son məlumatlara görə, zəlzələ zamanı ölənlərin sayı 38 mini keçib. Zəlzələdən sonra təhsilin distant formada davam etdirilməsinə qərar verilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir