Modern.az

İsrailin sabiq prezidenti və baş naziri azərbaycanlıları qəbul edib

İsrailin sabiq prezidenti və baş naziri azərbaycanlıları qəbul edib

Güncel

10 Avqust 2016, 12:59

İsrailin sabiq prezidenti və baş naziri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndələrini qəbul edib.

 

Bu barədə Modern.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

 

Məlumata görə, avqustun 8-də Təl-Əvivdə İsrailin keçmiş prezidenti və parlamentin sabiq spikeri Dalia İtzik, avqustun 9-da isə İsrailinin sabiq baş naziri, keçmiş Müdafiə naziri Ehud Barak  Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibini və baş katibin müavinini qəbul edib.

 

Görüşlərdə martın 10-11-i tarixlərində Bakı şəhərində təşkil olunmuş IV Qlobal Bakı Forumunun nəticələri və əhəmiyyəti müzakirə olunub. O cümlədən, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti, təşkil etdiyi beynəlxalq əhəmiyyətli tədbirlər ətrafında fikir mübadiləsi aparılıb.

 

 Görüşlərdə 2017-ci ildə Bakı şəhərində keçirilməsi nəzərdə tutulan ənənəvi Qlobal Bakı Forumuna hazırlıq məsələləri və Forumun işini təşkil edəcək mövzular ətrafında fikir mübadiləsi aparılıb.

 

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri olan sabiq Prezident Dalia İtzik 2015-ci ildə Bakı şəhərində keçirilmiş  III Qlobal Bakı Forumunda, sabiq Baş Nazir Ehud Barak isə  I, II və IV Qlobal Bakı Forumlarında iştirak edib.

 

 

Ağa AKİFOĞLU

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı