Modern.az

“Türkiyə bu İstiqlal mücadiləsindən də zəfərlə çıxacaq”

“Türkiyə bu İstiqlal mücadiləsindən də zəfərlə çıxacaq”

Aktual

16 Avqust 2016, 23:31

Millət vəkili Qənirə Paşayeva Macarıstanda keçirilən Turan Qurultayı çərçivəsində qardaş Türkiyənin Türk Dünyası Araşdırmalar Vəqfinin rəhbəri Közhan Yazqan, təşkilatın üzvləri, bir sıra ictimai-siyası xadimlər, QHT, KİV rəhbərləri ilə görüşüb. Millət vəkilinin Modern.az saytına verdiyi məlumata görə, görüşdə vurğulanıb ki, Türk milləti 100 il sonra yeni bir Çanaqqaladan keçir və zəfər yenə bizim olacaq.

Q. Paşayeva Azərbaycan və Türkiyə bir millət iki dövlətdir deyərək bu birliyin dosta da düşmənə də bir mesaj olduğunu söyləyib. Turan Qurultayının əhəmiyyətindən danışan millət vəkili Q.Paşayeva bildirib ki, bu gözəl bayramı Azərbaycan və Türkiyə olaraq istədiyimiz sevinclə qarşılaya bilmirik: “Çünki Azərbaycan torpaqlarının 20 faizi hələ də Ermənistanın  işğalı altındadır və biz işğal altındakı o gözəl bölgələrimizdə bayramlarımızı qeyd edə bilmirik. Qardaş Türkiyədə isə dövlət çevrilişinin qarşısının alınması, terrorla mübarizədə çoxlu sayda qardaş-bacılarımız həyatını itirib. Qardaş Türkiyədə dövlət çevrilişinin qarşısının alınması zamanı və terrorla mübarizədə həyatını itirən insanlara Allahdan rəhmət diləyirik. Biz birlikdə Azərbaycan və Türkiyəyə qarşı terror hadisələri, cinayətlər, işğallar həyata keçirənlərə qarşı mübarizəmizi daha da gücləndirməliyik, gücləndiririk və inşallah onların ədalət qarşısında cavab vermələrinə də nail olacağıq. Yeni İstiqlal mücadiləsindən də Türkiyə, Türk milləti zəfərlə çıxacaq və dünyanın harasında yaşamasından asılı olmayaraq bizim kimi milyonlarla Türk insanı da qardaş Türkiyənin və onun haqlı mübarizəsinin yanındadır”.

Hər zaman qardaş Türkiyəmizin yanındayıq deyən millət vəkili bir daha belə acı hadisələrin yaşanmamasını diləyib.

Millət vəkili Qənirə Paşayeva, 100 il sonra yeni bir Çanaqqaladan keçirik və inşallah dədələrimiz kimi biz də zəfər qazanacağıq deyib. 

Türkiyənin Türk Dünyası Araşdırmalar Vəqfinin rəhbərliyi, bir sıra ictimai-siyası xadimlər, QHT, KİV rəhbərləri, aydınları, alimləri, diaspor rəhbərləri də hər zaman qardaş Azərbaycanın yanındayıq və bundan sonra da qardaşlığımızın daha da gücləndiriməsi istiqamətində çalışmalarımızı daha da artıracağıq deyiblər.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı