Modern.az

MDB müşahidəçilərinin rəhbəri: “Referendum yüksək səviyyədə təşkil olunub”

MDB müşahidəçilərinin rəhbəri: “Referendum yüksək səviyyədə təşkil olunub”

Aktual

26 Sentyabr 2016, 09:51

“Azərbaycanda referendum yüksək səviyyədə təşkil olunub”.

Modern.az-ın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında MDB Parlamentlərarası Assambleyasının (PA) Müşahidə missiyasının rəhbəri İlyas Umaxanov deyib.

İ.Umaxanov qeyd edib ki, Azərbaycanda referendumun və seçkilərin keçirilməsinin təşkili baxımından hər şey artıq 10 illərdir çox yüksək səviyyədə hazırlanıb.

“Əminəm ki, çox yüksək seçici fəallığı olacaq. Vətəndaşların Azərbaycan cəmiyyətinin demokratik əsaslarının möhkəmləndirilməsinə yönəlmiş dəyişikliklərdən yana səs verməsi üçün hər cür şərait yaradılıb.

Bunu müxtəlif beynəlxalq təşkilatların müşahidə missiyaları, beynəlxalq müşahidəçilər təsdiqləyirlər. Tam aydın görünür ki, Azərbaycan xalqın iradəsinin ifadəsinə yüksək səviyyədə hazırdır”.

Onun sözlərinə görə, Azərbaycan bu gün Avropa Şurası və bir sıra digər beynəlxalq təşkilatlar tərəfindən təsdiq edilmiş demokratiya və demokratik prosedurların ən yüksək standartlarına riayət edir.

Ağa AKİFOĞLU

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı