Modern.az

Məhkəmə qərar verdi: bəzi saytlar bloklandı

Məhkəmə qərar verdi: bəzi saytlar bloklandı

Aktual

12 May 2017, 16:12

Bu gün Səbail Rayon Məhkəməsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin "Azadlıq" qəzetinin azadliq.info, "Azadlıq" radiosunun azadliq.org, "Turan” telekanalı (“TuranTV”), “Azərbaycan saatı” teleproqramlarının (azerbaycansaati.com) və meydan.tv saytlarının bloklanması ilə bağlı mülki iddiası əsasında məhkəmə iclası yekunlaşıb.

 

Modern.az-ın Virtualaz.org-a istinadən xəbərinə görə, prosesə hakim Nurəddin Bağırov sədrlik edib. Məhkəmə iddianı təmin edib və adıçəkilən saytların blonklanması ilə bağlı qərar elan olunub.

 

Qeyd edək ki, Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi “Azadlıq” qəzetinin azadliq.info, “Azadlıq” radiosunun azadliq.org saytları, həmçinin azərbaycansaati.com, meydan.tv saytlarını, “Turan” telekanalı (Turan TV) və “Azərbaycan saatı” teleproqramlarının bloklanması ilə bağlı bir müddət əvvəl Səbail Rayon Məhkəməsinə müraciət etmişdi.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı