Modern.az

“Nə planlaşdırmışdıqsa, ona nail ola bildik”

“Nə planlaşdırmışdıqsa, ona nail ola bildik”

Güncel

25 Noyabr 2017, 16:55

Noyabrın 24-də Azərbaycan Atatürk mərkəzində "Türk dünyasından Azərbaycana baxış" adlı beynalxalq konfrans başa çatıb. Konfransın proqramına əsasən, açılışı BDU-nun Azərbaycan tarixi kafedrasının dosenti Arzu Məmmədova edib.

 

Daha sonra Dünya Türk Gənclər Birliyinin sədri Əkrəm Abdullayev, Milli Məclisin deputatı, Atatürk mərkəzinin direktoru Nizami Cəfərov, Prezident yanında Gənclər Fondunun Aparat rəhbəri Faiq Qürbətov çıxış ediblər. 

 

Konfransda 14-ə yaxın məruzə dinlənilib. Məruzəçilər arasında  Rusiyadan, Türkiyədən dəvət olunmuş və  Azərbaycanda fəaliyyət göstərən elm adamları da olub.

 

Əkrəm Abdullayev konfrans barədə təəssüratlarını Modern.az-la bölüşüb:

 

“Gələcəkdə bu tipli konfranslar daha geniş çərçivədə, bir neçə gün davam etməklə, bir çox ölkələrdən elm adamlarını dəvət etməklə təşkil oluna bilər. Azərbaycanda , Türkiyədə, Balkanlarda və yaxud Rusiyanın özündə də bu cür konfransları həyata keçirmək olar. Artıq qərara alınıb. Bu tip layihələri gələn ildən ənənəvi konfrans səviyyəsinə gətirib çıxardacağıq”.

Əkrəm Abdullayev hesab edir ki,  konfrans qarşısına qoyduğu məqsədə çatıb:

 

“Biz nə planlaşdırmışdıqsa, ona nail ola bildik. Bu tipli konfransları davam etdirmək lazım olduğunu gələn qonaqlarımız da qeyd etdilər. Bu elm adamlarının tanışlığı üçün çox vacib məsələdir. Məsələn, həm Türkiyədən, həm Rusiyadan gələn elm adamları ilə bizim yerli elm adamları arasında  gələcək əməkdaşlıqlar barədə fikirlərin əsası qoyuldu. Düşünürəm ki, bu türk dünyası üçün gələcəkdə çox faydalı olacaq”.

 

Nəzrin RÜSTƏMOVA

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı