Modern.az

Bakıda yanğın - azyaşlı öldü

Bakıda yanğın - azyaşlı öldü

Current

22 Yanvar 2018, 16:44

Bakı şəhəri, Binəqədi rayonunda taxtadan tikilmiş, ümumi sahəsi 117 kv.m olan birmərtəbəli tikili və içərisində olan əşyalar, həmçinin ümumi sahəsi 33 kv.m olan bitişik tikili yanıb.

 

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, yanğın zamanı 1 nəfər yanıq xəsarətləri alıb.

 

Yanğının kəşfiyyatı zamanı 2016-cı il təvəllüdlü Əliyeva Ayan Lətif qızının yanmış meyiti aşkar olunub. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb. Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı