Modern.az

"NAZ"  İsmayıllıda çaya düşdü

Güncel

21 Mart 2018, 00:44

Böhran Vəziyyətlərdə İdarəetmə Mərkəzinə İsmayıllı rayonu ərazisində “NAZ” markalı minik avtomobilinin çaya düşməsi barədə məlumat daxil olub.

Modern.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə zamanı yaralanaraq köməksiz vəziyyətdə qalmış sürücü yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı