Modern.az

Boş qalan yerlərə sənəd qəbulu başlanır

Boş qalan yerlərə sənəd qəbulu başlanır

Aktual

3 Sentyabr 2018, 11:45

Sentyabrın 4-dən etibarən “ASAN Peşə” layihəsi çərçivəsində dövlət peşə təhsili müəssisələri üzrə boş qalan yerlərə sənəd qəbuluna başlanılacaq.

Təhsil Nazirliyindən Modern.az-a verlən məlumata görə, dövlət peşə təhsili müəssisələrinə sənəd qəbulu “ASAN xidmət” mərkəzlərində və müvafiq təhsil müəssisələrində ödənişsiz formada həyata keçirilir.

Sentyabrın 10-dək davam edəcək bu prosesdə müsabiqənin ilk mərhələsində uğur qazana bilməyənlər də iştirak edə bilərlər.

Qeyd edək ki, dövlət peşə təhsili müəssisələrinə sənəd qəbulunun birinci mərhələsində 11 min 17 nəfər qeydiyyatdan keçib. Onlardan 9 min 196-sı müsabiqədən müvəffəqiyyətlə keçərək peşə təhsili müəssisələrinə qəbul olunub.

Təhsil Nazirliyi və “ASAN xidmət”in birgə həyata keçirdiyi “ASAN peşə” layihəsinin əsas məqsədi dövlət peşə təhsili müəssisələrinə qəbulun rahatlığını və obyektivliyini təmin etməkdir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı