Modern.az

Bakının bu hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırıldı

Bakının bu hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırıldı

Güncel

18 Sentyabr 2018, 20:00

Bakının Yasamal rayonu “Sovetski” adlanan ərazidə aparılan abadlıq və yenidənqurma işləri çərçivəsində koomunikasiya xətlərinin yenilənməsi və yeraltı piyada keçidinin tikintisi ilə əlaqədar Nəriman Nərimanov prospektinin Mirzağa Əliyev küçəsi ilə kəsişməsində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılıb. 

Bakı Nəqliyyat Agentliyindən Modern.az-a verilən məlumata görə, prospektdən keçən nəqliyyat vasitələri müvəqqəti olaraq təşkil edilən yola yönləndirilib. Mirzəağa Əliyev küçəsinin Nəriman Nərimanov prospektinə çıxışda da məhdudiyyət tətbiq edildiyindən sürücülər alternativ olaraq ətraf küçələrdən istifadə edə bilərlər

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı