Modern.az

Nazir Mikayıl Müşfiqin məzarının tapılmasından danışdı

Nazir Mikayıl Müşfiqin məzarının tapılmasından danışdı

Güncel

26 Oktyabr 2018, 13:05

"Mikayıl Müşfiq adı bizim üçün müqəddəsdir. O müqəddəs insanın, şəxsiyyətin qalıqları haqqında  danışmağa ehtiyac yoxdur".

 

Modern.az  “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu sözləri Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev Azərbaycan şairi Mikayıl Müşfiqin məzarının tapılması ilə bağlı mətbuatda yayılan xəbərlərə münasibət bildirərkən deyib.

 

Nazirin sözlərinə görə, bu məsələ ilə  bağlı komissiya  müəyyən ediləcək, sənədlər toplanılacaq. "Mikayıl Müşfiqin məzarı ilə bağlı iddialar dəfələrlə qaldırılıb və bu barədə müxtəlif mülahizələr var. Xahiş edirəm,  bunu sensasiyaya etməyin. Lazım gəldikdə sizə məlumat verəcəyik".

 

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı