Modern.az

Ərəbistanda leysan yağışları 35 nəfərin canını aldı

Ərəbistanda leysan yağışları 35 nəfərin canını aldı

Güncel

22 Noyabr 2018, 18:23

Səudiyyə Ərəbistanında aramsız leysan yağışları nəticəsində yaranmış daşqınlar böyük dağıntı və insan itkisinə səbəb olub.

 

Modern.az-ın Trend-ə istinadən məlumatına görə, təbii fəlakət nəticəsində ölənlərin sayı 35 nəfərə çatıb.

Səudiyyə Ərəbistanı Mülki Müdafiə Baş İdarəsi bildirib ki, insan tələfatı krallığın 10 regionunda qeydə alınb. Daha çox insan - 11 nəfər Məkkədə həlak olub.

Həmçinin yağışdan ziyan çəkmiş regionlardan 4 mindən çox sakinin təxliyə edildiyi bildirilir.

Birləşmiş Ərəb Əmirlikləri, Qətərdə də güclü siklon müşahidə edildiyi qeyd olunur.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı