Modern.az

Azərbaycan gəncləri beynəlxalq bankın idarə heyətinə üzv seçildilər

Azərbaycan gəncləri beynəlxalq bankın idarə heyətinə üzv seçildilər

Aktual

28 Dekabr 2011, 13:51

“Dünya Gənclər Bankı Şəbəkəsi” MDB ölkələri üzrə regional ofisinin rəhbəri Vüsalə Hüseynli və Gənclər Təşkilatları Milli Şurasının büro üzvü , “Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyinin rəhbəri Anar Xəlilov bu günlərdə  bankın İdarə Heyətinin toplantısında iştirak etmək üçün Zagrebə səfər ediblər. 

Bankın mətbuat xidmətindən verilən məlumata görə, görüş DGBŞ-nin Xorvatiya ofisində keçirilib, 2012 –ci il üçün iş planı təsdiqlənərək İdarə Heyətinə seçkilər keçirilib. Seçkilərdə  Vüsalə Hüseynli və Anar Xəlilov hər ikisi Bankın  mərkəzi İdarə heyətinə üzv seçilibib, eyni zamanda, Anar Xəlilov Dünya Gənclər Bankı Regional ofisinində  də  maliyyə məsələrəri üzrə idarə heyətinə  üzv seçilib.

Seçkilərdən sonra Azərbaycan nümayəndələri Bankın prezidenti Tomislav Bogdaniclə görüşüblər. Görüş zamanı regional ofisin 2012 –ci il üçün iş strategiyası və Bank rəhbərliyinin Azərbaycana  o cümlədən, MDB plkələrinə planlaşdırlan səfəri müzakirə olunub. 



Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı