Modern.az

Bakıda ağır qəza: Yaralılar var

Bakıda ağır qəza: Yaralılar var

Aktual

10 İyul 2019, 00:53

Bakının Binəqədi rayonu ərazisində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az  APA-ya istinadən  xəbər verir ki, avtoqəza Ziya Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsində, yolötürücü körpünün altındakı dairədə qeydə alınıb.

Belə ki, Sabir Əhmədov idarə etdiyi "Hyundai" markalı minik maşını ilə metronun "20 Yanvar" stansiyası istiqamətində hərəkətdə olarkən Ziya Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsindəki dairədə manevr edən, Anar Quliyevin sükanı arxasında olduğu "Mercedes" markalı avtomobilə yol verməyib və avtomobillər toqquşub. Nəticədə sürücü S.Əhmədov və "Mercedes"də olan bir sərnişin xəsarət alıb.

Yol qəzasının təfərrüatlarını Binəqədi polisi araşdırır. İlkin ehtimal olaraq, qəzaya səbəb kimi "Hyundai" markalı avtomobilin sürücüsünün dairədə hərəkət üstünlüyünə sahib olan "Mercedes" markalı avtomobilə yol verməməsi göstərilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı