Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi səfir Pərvin Mirzəzadə İran İslam Respublikasının Naxçıvana yeni təyin edilmiş baş konsulu Seyid Əhməd Hüseynini qəbul edib.
Modern.az xəbər verir ki, görüş zamanı Seyid Əhməd Hüseyni baş konsul təyinatı ilə əlaqədar patent sənədini Pərvin Mirzəzadəyə təqdim edib.
Pərvin Mirzəzadə baş konsul Seyid Əhməd Hüseyniyə gələcək fəaliyyətində uğurlar arzulayıb.
Görüş zamanı Azərbaycan ilə İran İslam Respublikası arasında mövcud olan dostluq və mehriban qonşuluq münasibətləri müzakirə olunub. Görüşdə, həmçinin İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadə iştirak edib.