Modern.az

Neftçilər Xəstəxanasında orqan transplantasiyası əməliyyatları dayandırılıb - SƏBƏB

Neftçilər Xəstəxanasında orqan transplantasiyası əməliyyatları dayandırılıb - SƏBƏB

Aktual

6 Sentyabr 2019, 13:41

Səhiyyə Nazirliyi Mərkəzi Neftçilər Xəstəxanasında orqan transplantasiyası əməliyyatları dayandırılıb. Modern.az-a daxil olan məlumata görə, buna səbəb xəstəxanada əməliyyatı icra edəcək kadrların olmamasıdır.


Məsələ ilə bağlı Mərkəzi Neftçilər Xəstəxanasının Cərrahiyyə və orqan transplantasiyasnın şöbə müdiri Elmir Əsgərov Modern.az-a faktı təsdiqləyib.

Qeyd edək ki, Mərkəzi Neftçilər Xəstəxanasında transplantasiya əməliyyatları Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin sabiq müdiri, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi tərəfindən icra edilirdi. M.Kazımi 2008-ci ildən 2018-ci ilədək burada fəaliyyət göstərib. 2018-ci il sentyabrın 28-dən etibarən isə Mərkəzi Gömrük Hospitalında Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin rəhbəri olaraq fəaliyyətini davam etdirir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı