Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası başa çatır.
Modern.az xəbər verir ki, bu il sessiya Avropa Şurasının 70 illiyinə həsr olunub və Assambleyanın sabiq sədrlərinin iştirakı ilə keçirilib.
Oktyabrın 1-də Fransa Prezidenti Emmanuel Makron nitq söyləyib və AŞPA deputatlarının suallarını cavablandırıb.
Həmçinin, Milli Məclisin deputatları sessiya zamanı çıxış edərək, müzakirə olunan məsələlər barədə fikirlərini bölüşüblər.
Sessiya boyunca Krım tatarları, Şərqi Avropadakı iqlim qaçqınları və əmək miqrasiyası məsələləri müzakirə edilib.