Goranboy rayonunda 2019-cu ilin pambıq məhsulu yığımı uğurla davam etdirilir. Hazırda rayon üzrə 4200 tondan artıq pambıq toplanılıb.
Modern.az xəbər verir ki, rayonda cari ildə 3102 ha sahədə pambıq əkilib və aqro-texniki hesablamalara əsasən, 6500 ton pambığın təhvil verilməsi nəzərdə tutulub.