Azərbaycanda fevralın 9-a təyin edilmş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 901 nəfər namizədliyini irəli sürüb.
Modern.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.
M.Pənahov bildirib ki, 149 nəfərin namizədliyi 11 siyasi partiya tərəfindən irəli sürülüb.
5 nəfər təşəbbüs qrupları tərəfindən, 752 nəfər isə fərdi qaydada namizədliklərini irəli sürüb.
MSK sədri bildirib ki, müraciət edən şəxslərdən 569 nəfərinin namizədliyinin irəli sürülməsi artıq təsdiq olunub. Onlardan 439 nəfəri imza vərəqələrini götürüb.