Modern.az

Rəşid Behbudovun məşhur bacısı oğlu tapıldı

Rəşid Behbudovun məşhur bacısı oğlu tapıldı

Current

26 Mart 2012, 14:45

80-ci illərin estrada muğənnisi Cəfər Behbudovun harada olduğu artıq məlumdur

Azərbaycan estradasının tanınmış ifaçılarından olan, ötən əsrin 80-ci illərində populyarlaşan Cəfər Behbudovun uzun müddətdir efirdən eşidilmir. Peşəkar estrada mahnılarının ifaçısı Cəfər Behbudovun 80-ci illərin əvvələrində oxuduğu mahnılar AzTV-də tez-tez nümayiş olunurdu. C.Behbudovun Xalq artisti Flora Kərimova ilə birgə oxuduğu duet o illərin yaddaqalan hit ifalarından biri idi.
Qeyd edək ki, Cəfər Behbudov dünya şöhrətli Azərbaycan müğənnisi Rəşid Behbudovun bacısı oğludur. Onun səsindəki bəzi çalarlar R.Behbudovu xatırladırdı.

Təəssüf ki, 90-cı illərdən sonra onun haqqında heç bir məlumat yoxdur. Modern.az bu tanınmış Azərbyacan estrada müğənnisinin harada olduğu barədə  məlumat əldə etməyə çalışıb. Bir neçə cəhddən sonra biz Cəfər Behbudov haqqında  müəyyən məlumatlar əldə edə bildik. Bu işdə bizə  tanınmış radio aparıcısı olmuş Rahib Azərinin kömək etdi.
Məlum oldu ki, Cəfər Behbudov 1992-ci ildə Azərbyacanı tərk edib. O hazırda Ukraynada yaşayır. Kiyev şəhərində yaşayıb fəaliyyət göstərən C. Behbudov bir çox çətinliklərdən keçməli olub. Ukrayna restoranlarında çıxış edən C.Behbudov Ukraynanın “Seqodnya” qəzetində onun barəsində çıxan yazıdan sonra diqqəti cəlb edib. 

Qəzetin əməkdaşları biləndən sonra ki, Kiyev restoranlarının birində əfsanəvi Rəşid Behbudovun bacısı oğlu oxuyur, buna xeyli təəccübləniblər. Cəfərlə görüşən jurnalistlər maraqlı təəssüratlarla ayrılıblar. Cəfər Behbudov qəzetə Polad Bülbüloğlu ilə yenieytmə vaxtılarındakı dostluqlarından, məşhur rus müğənnisi İrina Alleqrova ilə az qala evləndirilməsindən danışıb. O həmçinin dayısı Rəşid Behbudova Mahnı Teatrının yaratmaq üçün necə kömək göstərməsindən bəhs edib. Material qəzetdə gedən kimi Azərbaycanın Ukraynadı səfirliyinin əməkdaşları təcili olaraq Cəfər Behbudovu tapıblar.

Diplomatik nümayəndəliyin əməkdaşları Cəfər Behbudova deyiblər ki, onun Kiyevdə yaşamasından xəbərsiz olublar və daha restoranda oxumamasını xahiş ediblər.
Ondan sonra “Seqodnya” qəzetinin bir neçə nömrəsini Bakıya göndərən səfirilik C.Behbudova yaşamaq üçün səfirlik binasında yer ayırıblar.
Cəfər Behbudov barədə informasiyalar burda bitir. Onun sonradan nə işlə məşğul olduğu barədə heç bir məlumat yoxdur.

Modern.az yaxın vaxtlarda Cəfər Behbudovla əlaqə saxlayaraq onun müsahibəni oxuculara təqdim edəcək.

Xaqani SƏFƏROĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı