Modern.az

Abşeron Gənclər Şəhərciyində yanğın söndürülüb - YENİLƏNİB

Abşeron Gənclər Şəhərciyində yanğın söndürülüb - YENİLƏNİB

Güncel

9 Yanvar 2020, 15:30
Abşeron Gənclər Şəhərciyindəki binada qeydə alınan yanğın söndürülüb.
 
 
Bu barədə Modern.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat katibi Gülçin Mehdiyeva bildirib.
 
 O, qeyd edib ki, bu, çox kiçik yanğın olub:
 
 
"Dərhal da söndürülüb. Ümumilikdə 2 kvadratmetr sahədə xalça yanıb. Hadisə zamanı xəsarət alan olmayıb".

 

***

14:55

Xırdalan şəhərində yanğın hadisəsi baş verib.

 

Modern.az-ın xəbərinə görə, hadisə şəhərin Abşeron Gənclər Şəhərciyində qeydə alınıb.

 

Belə ki, Şəhərcikdə olan yaşayış binaların birinin 6-cı mərtəbəsində yanğın başlayıb.

 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 3 yanğınsöndürən maşını cəlb edilib.

 

Hazırda yanğınsöndürənlər yanğının söndürülməsinə çalışır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı