Bu ilin yanvar-may aylarında Azərbaycan əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 1,3% artaraq 22 382,1 mln. manat təşkil edib.
Dövlət Statistika Komitəsindən (DSK) Modern.az-a verilən məlumata görə, əhalinin hər nəfərinə orta hesabla 2 247,9 manatlıq gəlir düşüb ki, bu da illik ifadədə 0,5% çoxdur.