Modern.az

Binəqədidə köçkünlərin binası yandı

Binəqədidə köçkünlərin binası yandı

Aktual

13 İyun 2012, 13:43

Binəqədi rayonu ərazisində məcburi köçkünlərin məskunlaşdığı binada baş verən yanğınla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Modern.az nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, FHN-nin  Dövlət Yanğından Mühafizə Xidmətinə daxil olan  məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasında yanğın başlayıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, binanın 7-ci və 8-ci mərtəbələrində bəzi mənzillərdə yanğın müşahidə olunur. Yanğına 2-ci təhlükəlilik dərəcəsi təyin edilib. Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin canlı qüvvə və texnikası cəlb olunub.

Fövqalada Hallar Nazirliyinin yaydığı məlumata görə, Binəqədi rayonunda məcburi köçkünlərin məskunlaşdığı, tikintisi başa çatmamış doqquzmərtəbəli, hər mərtəbənin ümumi sahəsi 3000 kv.m olan binanın 6-cı mərtəbəsində 150 kv.m, 7-ci mərtəbəsində 1250 kv.m, 8-ci mərtəbəsində 1000 kv.m və 9-cu mərtəbəsində 200 kv.m sahədə (ümumi 2600 kv.m) arakəsmələri taxta, plastik və kağız-karton lövhələrdən ibarət mənzillərin yanar konstruksiyaları yanıb. Yanğın saat 13:31-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Yanğın zamanı 157 nəfər, o cümlədən 36 uşaq təxliyyə olunub, 11 nəfər, o cümlədən 3 azyaşlı uşaq xilas olunub. Xilasetmə işləri Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin canlı qüvvə və texnikası tərəfindən aparılıb. 5 nəfərə narahatçılıq hiss etdiyi üçün ilkin tibbi yardım göstərilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı