Modern.az

Orxan Kərimov prezidentə müraciət edib

Orxan Kərimov prezidentə müraciət edib

Güncel

27 İyul 2012, 22:19

Təhsil Nazirliyinin keçmiş əməkdaşı, şair Əli Kərimin oğlu Orxan Kərimov prezident İlham Əliyevə müraciət edib. Modern.az-ın məlumatına görə, müraciətdə Orxan Kərimov azadlığa buraxılması və müalicəsi üçün ona şərait yaratdığına görə, ölkə başçısına minnətdarlıq bildirib. Bu barədə saytımıza Orxan Kərimovun özü məlumat verib.

Eyni zamanda o, barəsində qaldırılan cinayət işinin obyektiv araşdırılması və təqsirsizliyinin sübuta yetirilməsi üçün bütün hüquqi proseslərin prezidentin  xüsusi nəzarətinə götürülməsini xahiş edib.

Qeyd edək ki, Təhsil Nazirliyinin maliyyə şöbəsinin müdir müavini Orxan Kərimov  ötən il iyunun 6-da vəzifə səlahiyyətlərindən sui-istifadə  və rüşvət alma maddələri ilə ittiham olunaraq həbs edilmişdi. O.Kərimov səhhətində yaranan problemlərlə əlaqədar ölkə başçısının göstərişi ilə iyunun 21-də azadlığa buraxılıb.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı