Modern.az

Xəzərdə 4 balıqçı itkin düşüb

Xəzərdə 4 balıqçı itkin düşüb

Güncel

25 Noyabr 2012, 12:18

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Xəzər dənizində 4 balıqçı itkin düşüb. Nazirliyin “112” qaynar telefon xəttinə 24 noyabr 2012-ci il tarixində axşam saatlarında daxil olmuş məlumata əsasən, Xaçmaz rayonu, Müqtədir qəsəbəsi ərazisindən 4 nəfər - 1981-ci il təvəllüdlü Əkbərov Vüsal Fəxrəddin oğlu, 1991-ci il təvəllüdlü Əkbərov Əkbər Fəxrəddin oğlu, 1987-ci il təvəllüdlü İlyasov Seymur Arif oğlu və 1982-ci il təvəllüdlü Səlimov Rəsul Zakir oğlu mühərrikli qayıqla balıq tutmaq məqsədi ilə Xəzər dənizinə çıxmış və geri qayıtmayıblar.

Müraciət daxil olan kimi Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb edilib  və vətəndaşların axtarışına başlayıblar.

Gecə saatlarında 1981-ci il təvəllüdlü Əkbərov Vüsal Fəxrəddin oğlunun cəsədi və balıqçıların dənizə çıxdıqları qayığı ləpə sahilə çıxarıb.

Hal-hazırda digər 3 balıqçının axtarışları davam etdirilir. Axtarışa Fövqəladə Hallar Nazirliyinin 1 ədəd hilikopteri də cəlb edilib. Əlavə məlumat veriləcək.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı