Modern.az

“Biz də spikerə ərizə yazaq ki, Fazil Mustafa işdən çıxarılsın?” - Deputata CAVAB

“Biz də spikerə ərizə yazaq ki, Fazil Mustafa işdən çıxarılsın?” - Deputata CAVAB

Aktual

10 Dekabr 2012, 21:39

 “Bu şəhərdə” yumoristik layihəsinin rəhbəri Müşfiq Abbasov məşhur parodiya ustaları Rafael və Coşqundan narazılıq edən millət vəkili Fazil Mustafanın Bakı şəhər İcra Hakimiyyəti başçısı Hacıbala Abutalıbova ünvanladığı müraciətə münasibət bildirib. Modern.az-ın məlumatına görə, Facebook səhifəsində açıqlama verən ssenarist deputata ironiyalı şəkildə cavab verib:

“Millət vəkili Fazil Mustafanin, reklam lövhələrinin şəhərdən yığışdırılması ilə bağlı Bakı şəhər merinə müraciət etməyi bilirsiniz nəyə bənzəyir? İndi biz, Milli Məclisin spikeri Oqtay müəllimə ərizə yazaq ki, Fazil Mustafanı işdən çıxarsın? Biz Sabunçu sakinlərinə səbir diləyirik. Ümid edirik ki, maksimum, 2015-ci ildə onların problemləri ilə daha yaxşı məşğul olan millət vəkilləri seçiləcək”.

Qeyd edək ki, parodiya ustaları Rafael və Coşqunu qadın paltarı geyinməsini tənqid edən deputat onların çəkildikləri reklam lövhələrinin paytaxt küçələrindən yığışdırılması üçün Bakı şəhər İcra Hakimiyyəti başçısı Hacıbala Abutalıbova məktubla müraciət edib.

Anar RÜSTƏMOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı