Bakıda 3 mərtəbəli fərdi yaşayış evi yanır.
Şahidlərin Trend-ə verdiyi məlumata görə, "Avropa" hotelinin yaxınlığındakı evin damında bu saatlarda yanğın başlayıb.
Nəsimi rayon Yanğından Mühafizə Xidmətindən Trend-ə bildirilib ki, yanğınsöndürənlər hadisə yerindədir. Yanğının söndürülməsi istiqamətində iş aparılır.
“Qafqazinfo” xəbər verir ki, yanan villa Baş nazirin müvini Abid Şərifova məxsusdur.
***
Nəsimi rayon Yanğından Mühafizə Xidmətindən verilən məlumata görə, yanğın söndürülüb. Yanğınla bağlı 2-ci çağırış elan olunub və yanğının söndürülməsinə 15-ə yaxın yanğınsöndürən maşın cəlb olunub. Hadisə zamanı xəsarət alan olmayıb.

