Modern.az

Kiyev-Gəncə reysi yenidən fəaliyyətə başlayır

Kiyev-Gəncə reysi yenidən fəaliyyətə başlayır

Current

8 Fevral 2022, 17:54

Ukraynanın "Bees Airline" aşağı büdcəli aviaşirkəti 25 mart tarixindən etibarən Kiyev-Gəncə-Kiyev reysi üzrə uçuşlara başlayacaq.

 

Modern.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

 

Bildirilib ki, bir istiqamətə biletin qiyməti 77 ABŞ dollarından başlayır. Qiymətə əl yükü də daxildir.

 

Xatırladaq ki, "Bees Airline" Ukrayna Dövlət Aviasiya Administrasiyasından Kiyevdən Gəncəyə həftədə iki dəfəyədək müntəzəm uçuşlar həyata keçirmək hüququ alıb. Kiyev-Gəncə marşrutu "Bees Airline" şəbəkəsində Azərbaycana ikinci reys olacaq. Belə ki, aviaşirkət artıq Gəncəyə Odessadan uçuşlar həyata keçirir və Kiyevdən uçuşlar başlayandan sonra bu marşrutu saxlamaq niyyətindədir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı