Modern.az

İran və Qətəri sualtı tunel birləşdirəcək

İran və Qətəri sualtı tunel birləşdirəcək

Aktual

20 Fevral 2022, 23:44

İran və Qətər hakimiyyəti iki ölkəni birləşdirəcək sualtı tunelin tikintisi ilə bağlı danışıqlar aparır.

 

Modern.az xəbər verir ki, bunu İranın Limanlar və Gəmiçilik Təşkilatının icraçı direktoru Məhəmməd Rastad bildirib.

 

Onun sözlərinə görə, İran Prezidenti İbrahim Rəisi müvafiq sazişləri imzalamaq üçün bazar ertəsi Qətərə gedəcək.

 

“Hazırda Qətərlə hava nəqliyyatı, dəniz və liman sektorlarında əməkdaşlıq, eləcə də sualtı tunelin yaradılması ilə bağlı danışıqlar aparırıq. Qətər və İran arasında sualtı tunelin yaradılmasını Buşəhr limanını ərəb ölkəsi ilə birləşdirəcək unikal layihə adlandırmaq olar”, - deyə o qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı