Modern.az

Əli Əsədov misirli nazirlə görüşdü

Əli Əsədov misirli nazirlə görüşdü

Güncel

25 Fevral 2022, 19:37

Baş nazir Əli Əsədov fevralın 25-də Misir Ərəb Respublikasının beynəlxalq əməkdaşlıq naziri Rania Al-Maşat ilə görüşüb.

 

Modern.az Nazirlər Kabinetinə istinadən xəbər verir ki, görüşdə Azərbaycan-Misir dostluq münasibətlərinin müxtəlif istiqamətlərdə uğurlu inkişafından məmnunluq ifadə olunub.

 

Bakı şəhərində keçirilən Azərbaycan-Misir Hökumətlərarası Müştərək Komissiyasının 5-ci iclasının və Azərbaycan-Misir biznes forumunun iki ölkə arasında ticarət-iqtisadi, investisiya və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.

 

Görüşdə, həmçinin Azərbaycan ilə Misir arasında müxtəlif istiqamətlərdə münasibətlərin inkişaf perspektivləri müzakirə olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı