Modern.az

Saleh Məmmədov Murovdağ tunelinin tikintisilə tanış oldu

Saleh Məmmədov Murovdağ tunelinin tikintisilə tanış oldu

Aktual

2 Mart 2022, 09:52

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov Kəlbəcər rayonunda icra edilən yol infrastrukturu layihələrində işlərin gedişatı ilə tanış olub.

 

Modern.az xəbər verir ki, bu barədə Dövlət Agentliyi məlumat yayıb.

 

Məlumata görə, S.Məmmədov öncə Toğanalı-Kəlbəcər avtomobil yolunun, həmçinin bu layihə çərçivəsində inşa edilən və dünyanın ən uzun avtomobil tunellərindən biri olacaq Murovdağ tunelinin tikintisi işləri ilə tanış olub, tikintinin vaxtında və keyfiyyətlə yerinə yetirilib yekunlaşdırılması ilə bağlı tövsiyə və tapşırıqlarını verib.

 

Daha sonra, S.Məmmədov Kəlbəcər-Laçın avtomobil yolu və yol üzərində inşa edilən avtomobil tunellərinin tikintisi, həmçinin sözügedən yollar da daxil olmaqla digər mühüm əhəmiyyətə malik yolların qardan və buzdan təmizlənməsi prosesi ilə maraqlanıb, Kəlbəcər rayonunda çalışan yol işçilərinin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması məqsədilə müvafiq tapşırıqlar verib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı