Modern.az

4 minədək azərbaycanlı Ukraynadan çıxıb - RƏSMİ

4 minədək azərbaycanlı Ukraynadan çıxıb - RƏSMİ

مورد توجه

2 Mart 2022, 15:21

“Ukraynada yaranmış vəziyyətlə əlaqədar azərbaycanlıların ölkəmizə təxliyəsi gündəmə gəlib. İlk 24 saat ərzində vətəndaşlarımız yalnız quru yolundan istifadə edərək həmsərhəd dövlətlərə keçidi mümkün idi”.

 

Modern.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.

 

XİN rəsmisinin sözlərinə görə, vətəndaşlarımız Moldova, Polşa, Slovakiya, Rumıniya və Macarıstan istiqamətindən keçərək Ukraynanı tərk edə bilər.

 

"Viza rejimi ləğv edilib. Bu günə kimi 4000-ə qədər azərbaycanlı sərhədi keçib. İndiki vəziyyətdə hərbi əməliyyatların davam etdiyi ərazilərdən azərbaycanlıların təxliyəsi vacib məsələdir. Dünən artıq Xarkovdan azərbaycanlılar qatarla çıxarılıb, 800-dən çox azərbaycanlı Xarkov Moldova istiqamətində yola düşüb” - deyə L.Abdullayeva vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı