Modern.az

Ərdoğan İsrail prezidenti ilə görüşdü - YENİLƏNİB

Ərdoğan İsrail prezidenti ilə görüşdü - YENİLƏNİB

Aktual

9 Mart 2022, 17:25

İsrail Prezidenti İsaak Hersoq Türkiyədə rəsmi səfərdədir.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

 

İsrail lideri paytaxt Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla təkbətək görüş keçirib. Görüşün detalları hələlik mətbuata açıqlanmayıb. Liderlərin iştirakı ilə mətbuat konfransının keçirilməsi gözlənilir.

 

Səfər çərçivəsində İsaak Hersoqun Türk-yəhudi icmasının nümayəndələri ilə də görüşü nəzərdə tutulub.

 

Qeyd edək ki, İsaak Hersoq 2008-ci ildən bəri Türkiyəyə səfər edən ilk İsrail prezidentidir.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı