Modern.az

Putin-Zelenski görüşü mümkündür - Rəsmi AÇIQLAMA

Putin-Zelenski görüşü mümkündür - Rəsmi AÇIQLAMA

Aktual

10 Mart 2022, 14:23

Rusiya və Ukrayna prezidentlərinin görüşü mümkündür.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov deyib. 


"Bunun üçün Ukrayna hakimiyyətinin normal istəyi olmalıdır. Onlar söz olsun deyə görüşmək istəyirlər. 2019-da görüşlər oldu, amma Kiyevdən gözlənilən nəticələr olmadı. Əgər nəticə olmayacaqsa, niyə görüş olsun. Onlar bir neçə ölkəni danışıqlara cəlb etsələr də, məsələni həll etmək niyyətində deyillər. Putin görüşlərdən qaçmır, vacib addım atılarsa, görüş olacaq. Biz Ukraynadan cavab gözləyirik", - deyə Lavrov Ukrayna xarici işlər naziri Dmitri Kuleba ilə Antalyada keçirdiyi görüşdən sonra bildirib.

 

Qeyd edək ki, bu gün Rusiya, Türkiyə və Ukrayna xarici işlər nazirləri Sergey Lavrov, Mövlud Çavuşoğlu və Dmitri Kuleba arasında üçtərəfli görüş keçirilib. Görüş Türkiyənin Antalya şəhərində yerləşən məşhur “Regnum Carya” otelində baş tutub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı