Modern.az

Dünyanın ilk sualtı arxeologiya muzeyi...

Dünyanın ilk sualtı arxeologiya muzeyi...

Güncel

13 Mart 2022, 09:04

Dünyanın ilk sualtı arxeologiya muzeyinin Bodrumdadır.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, qardaş ölkə Türkiyәnin Muğla şәhәrinin Bodrum qәsәbәsindә yerlәşәn Sualtı Arxeologiya Muzeyi dünyanın və Türkiyənin ilk sualtı arxeologiya muzeyidir.

 

2004-cü ildə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "milli muzeylər" siyahısına daxil edilәn muzeydə müxtәlif mәdәniyyәtlәrә aid әsәrlәr nümayiş olunur.

 

Muzey 14 bölmәdәn ibarәtdir. Muzeydә Kayralı şahzadәnin mәzar otağı, Tunc dövrünә aid әsәrlәr, tәrixi zinәt әşyaları, amforalar vә sarkofaqları görә bilәrsiniz.

 

Bodrum Sualtı Arxeologiya Muzeyi 1995-ci ildә İsveçdә keçirilәn Avropa Muzey Forumunda ‘‘Certificate of Special Commendation’’ mükafatına layiq görülüb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı