Martın 22-də mülki şəxslərin təxliyəsi üçün Ukraynada 3 humanitar dəhliz açılıb.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin müavini İrina Vereşçuk bildirib.
O deyib ki, martın 22-də Mariupol şəhərindən humanitar dəhlizlər razılaşdırılıb.
Ötən gün humanitar dəhlizlər vasitəsilə Ukraynanın təhlükəli rayonlarından 8057 dinc sakin təxliyə edilib, onlardan 3007-si Mariupoldan xilas edilərək Zaporojyeyə aparılıb.