Modern.az

Müzakirələrə səbəb olan yol asfaltlandı - FOTO

Müzakirələrə səbəb olan yol asfaltlandı - FOTO

Güncel

7 Aprel 2022, 17:08

Səbail rayonu “20-ci Sahə” adlanan ərazidə müzakirələrə səbəb olan yola asfalt çəkilib.

 

Bu barədə Modern.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

 

A. Nəcəfli bildirib ki, yola asfalt vurulan zaman maşın ərazidə olub və sahibi tapılmadığı üçün belə bir vəziyyət yaranıb: "Artıq məsələ həllini tapıb. Həmin əraziyə asfalt vurulub".

 

Qeyd edək ki, yolun asfaltlanması zamanı kənar hissədə bir avtomobil park edilib. Yol təmir edilsə də, avtomobilin parklandığı yer olduğu kimi qalıb. Görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı