Modern.az

Serbiya prezidenti Tomislav Nikoliç Bakıya gəlib

Serbiya prezidenti Tomislav Nikoliç Bakıya gəlib

Aktual

7 Fevral 2013, 19:07

Serbiya Respublikasının Prezidenti Tomislav Nikoliç fevralın 7-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.(AzərTAc)
Serbiya dövlətinin başçısı və xanımı Dragitsa Nikoliçi hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.
Sonra Beynəlxalq Aeroportun ali qonaqlar üçün salonunda Tomislav Nikoliç və Yaqub Eyyubov arasında qısa protokol söhbəti olub.

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı