Modern.az

Məşhur futbolçu həbs olundu

Məşhur futbolçu həbs olundu

Güncel

4 May 2022, 13:52

İspaniyanın "Selta" klubunun futbolçusu Santi Mina qadına təcavüz ittihamı ilə həbs edilib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, məhkəmə idmançını 2017-ci ildə törətdiyi cinayətə görə 4 il müddətinə azadlıqdan məhrum edib. 

 

Futbolçuya, həmçinin təcavüz etdiyi şəxsə 12 il müddətinə 500 metrdən yaxın məsafədən yaxınlaşmaq qadağan edilib. Əks halda o, 50 min avro cərimə ödəməlidir.

 

26 yaşlı Mina 2019-cu ildən "Selta Viqo"da çıxış edir. Hücumçu bu mövsüm çempionatda 33 oyuna çıxıb, 7 qol vurub və 3 məhsuldar ötürmə edib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı