Modern.az

Paşinyan Niderlandda etirazla qarşılandı - VİDEO

Paşinyan Niderlandda etirazla qarşılandı - VİDEO

Aktual

11 May 2022, 11:24

Ermənistanın baş naziri Nikol Paşinyan Niderlandda etirazla qarşılanıb.

 

Modern.az xəbər verir ki, bir qrup erməni Niderlandda səfərdə olan Paşinyanın qaldığı otelin qarşısında toplaşaraq, ona etirazlarını bildirib.

 

Nümayişçilər "Satqın Nikol", "Qatil Paşinyan" və digər şüarlar səsləndiriblər.

 

Ermənistanda aprelin 25-dən etibarən paytaxt İrəvanda və digər ərazilərdə müxalifətin etiraz aksiyaları başlayıb. Xalqı iqtidara qarşı mübarizəyə səsləyən müxalifət liderləri kütləvi aksiyaları Nikol Paşinyan rejimi ilə “son döyüş” adlandırırlar. 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı